Azərbaycanın hakim-inspektoru Gürcüstan millisinin oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Kutaisi şəhərindəki “Şengeliya Arena”da gerçəkləşəcək.

Digər xəbərlər