"Buraya "Qarabağ"a dəstək olmağa gəlmişik".
Bunu Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli "Report"un "Qarabağ"ın "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun I tur matçına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
O bildirib ki, diaspora üzvlərinin stadionda matçı izləyə bilmələri üçün əllərindən gələni ediblər: "Onların azarkeş kimi buraya toplaşmasına dəstəyimizi göstərdik".
Müşavir sonda "Qarabağ"ın çox ciddi klub olduğunu və Avropada kifayət qədər tanındığını vurğulayıb.
Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.