Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.
Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.
№ Komanda O Q H/H M T/F X 1 Araz 19 19 0 0 139-34 57 2 Marafon FK 19 15 0 4 131-46 45 3 EKOL 19 15 0 4 108-52 45 4 Neftçi İK 19 13 0 6 79-66 39 5 Baku Fire 19 10 1 8 79-84 31 6 Bakı TFK 19 6 2 11 76-99 20 7 Premier (Quba) 19 4 2 13 63-110 14 8 Record club 19 4 2 13 64-110 14 9 Xızı Futzal 19 4 1 14 65-120 13 10 Yasamal İSK 19 1 0 18 59-142 3 Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli, 13 nomrəli protokoluna əsasən, “Neftçi” İK – “Baku Fire” oyununda “Neftçi” İK-nın heyətində adı protokolda olmayan futzalçı meydana çıxdığına görə, matçın nəticəsi ləğv edilib, “Neftçi” İK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
"Premier" (Quba) komandası 3 dəfə Yüksək Liqa təqviminin oyununa çıxmadığına görə, AFFA-nın İntizam Komitəsinin 17 mart 2020-ci il tarixli qərarı ilə yarışdan kənarlaşdırılıb.
Azərbaycanda daha bir çempionat dayandırıldı
Digər xəbərlər
Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb
05 noyabr, 2026 / 11:49
Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
05 noyabr, 2026 / 11:41
DÇ-2028: Azərbaycanın futzal millisi bu gün növbəti matçına çıxacaq
05 noyabr, 2026 / 11:05
Azərbaycan Premyer Liqası: Qarabağ - Turan Tovuz matçının təyinatları açıqlanıb
05 noyabr, 2026 / 10:55
Sabahın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
05 noyabr, 2026 / 09:49
DH Volley komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
05 noyabr, 2026 / 09:35
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
05 noyabr, 2026 / 09:22
UEFA Avropa Liqası: Beşiktaş Şotlandiya, Yuventus Niderland klubu ilə qarşılaşacaq
05 noyabr, 2026 / 09:14
Vikinqin baş məşqçisi Aarsheym: Futbolçularım adlarını klubun tarixinə yazdırdılar
05 noyabr, 2026 / 02:59
Valdas Dambrauskas: Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik
05 noyabr, 2026 / 02:48
Çempionlar Liqası: Mançester Siti çətin qələbə qazanıb, Komo səfərdə 9 qolla qalib gəlib
05 noyabr, 2026 / 02:00
UEFA Çempionlar Liqası: Sabah Vikinq səfərində məğlub olub - Yenilənib-7
05 noyabr, 2026 / 01:54
UEFA Çempionlar Liqası: Vikinq və Sabah komandalarının start heyətləri açıqlanıb
04 noyabr, 2026 / 22:48
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
04 noyabr, 2026 / 21:22
Şamaxının futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb
04 noyabr, 2026 / 19:38
Arsenalın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
04 noyabr, 2026 / 19:34
Qarabağın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
04 noyabr, 2026 / 17:54
Sabahın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib
04 noyabr, 2026 / 17:52
Rafael Nadal Realın İdarə Heyətinin üzvü olacaq
04 noyabr, 2026 / 17:06
Barselonanın futbolçusu Rodri Atletiko ilə oyunu buraxacaq
04 noyabr, 2026 / 16:39