Azərbaycan yığmasının Qətərlə oyunu Londonda keçirilə bilər

"Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".

"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.

O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir.

E.Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.

Digər xəbərlər