Azərbaycan və Slovakiya milli komandaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda insident baş verib.
"Report"un məlumatına görə, yığmanın futbolçusu Abbas Hüseynov 85-ci dəqiqədə rəqib oyunçu Albert Rusnakla mübahisə edib.
Litvalı hakim Donatas Rumsas onları sakitləşdirə bilib.
Qeyd edək ki, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.