Azərbaycan-Rusiya oyununa giriş pulsuz olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

`Report`un AFFA-ya istinadən verdiyi xəbərə görə, “Əlincə” stadionunda baş tutacaq qarşılaşma saat 16:30-da başlayacaq.

Azarkeşlərin stadiona girişi sərbəst olacaq. 

Onu da qeyd edək ki, yoldaşlıq oyunu TV və saytda canlı yayımlanacaq.

Digər xəbərlər