Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk het-trik qeydə alınıb

Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk het-trik qeydə alınıb.

"Report"un məlumatına görə, buna "Qarabağ"ın futbolçusu Yassin Benzia imza atıb.

29 yaşlı fransalı yarımmüdafiəçi hazırda "Kəpəz"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən XII turun oyununun ilk hissəsində 3 qol vurub.

Ağdam təmsilçisi ilk hissədə Gəncə klubunu 5:1 hesabı ilə üstələyib.

Digər xəbərlər