Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı vaxt dəqiqləşib

Azərbaycan Premyer Liqasında VAR sistemi 2022/2023 mövsümünün I turundan tətbiq olunacaq.

"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.

Musayev AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə türkiyəli Barış Şimşəkin gətirildiyini söyləyib.

Digər xəbərlər