Futbol üzrə Azərbaycan Premyer Liqası Avropanın illik reytinqində 14 pillə irəliləyib.
“Report” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, Azərbaycan liqası 349,25 xalla qitənin 2022-ci il üçün reytinq cədvəlində 21-ci yerdə qərarlaşıb.
45 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. “Böyük beşlik” ölkələrinin digər təmsilçiləri İspaniya, Almaniya, İtaliya və Fransa ardıcıllığı ilə sıralanıblar. Türkiyə Super Liqası isə Avropanın 9-cu ən yaxşı çempionatıdır.
Qeyd edək ki, Azərbaycan çempionatı dünyanın ən reytinqli 41-ci liqasıdır.
| Yer | Çempionat | Xal |
| 1 | İngiltərə | 1086 |
| 2 | İspaniya | 967,5 |
| 3 | Almaniya | 921,5 |
| 4 | İtaliya | 866 |
| 5 | Fransa | 855 |
| 6 | Portuqaliya | 853,25 |
| 7 | Niderland | 808,75 |
| 8 | Belçika | 622,5 |
| 9 | Türkiyə | 582,5 |
| 10 | Serbiya | 543,25 |
| 11 | Rumıniya | 522,5 |
| 12 | Şotlandiya | 518,5 |
| 13 | Çexiya | 511,5 |
| 14 | İsrail | 507 |
| 15 | Yunanıstan | 476 |
| 16 | Danimarka | 436 |
| 17 | Avstriya | 434 |
| 18 | Xorvatiya | 409,5 |
| 19 | Norveç | 378,25 |
| 20 | Kipr | 354,5 |
| 21 | Azərbaycan | 349,25 |
| 22 | İsveç | 335,5 |
| 23 | Polşa | 335 |
| 24 | Latviya | 332 |
| 25 | Bolqarıstan | 331 |
| 26 | İsveçrə | 329,25 |
| 27 | Şimali İrlandiya | 323 |
| 28 | Litva | 322,5 |
| 29 | İrlandiya | 315,5 |
| 30 | Macarıstan | 306,75 |
| 31 | Ermənistan | 300,5 |
| 32 | Kosovo | 300 |
| 33 | Estoniya | 296,25 |
| 34 | Sloveniya | 286,75 |
| 35 | Slovakiya | 285,25 |
| 36 | Gürcüstan | 274 |
| 37 | Albaniya | 270,25 |
| 38 | Farer adaları | 259 |
| 39 | Moldova | 259 |
| 40 | Bosniya və H. | 257,25 |
| 41 | Ukrayna | 256 |
| 42 | Şimali Makedoniya | 250,5 |
| 43 | Finlandiya | 249 |
| 44 | Belarus | 242,5 |
| 45 | Rusiya | 223 |