Azərbaycan millisinin üzvü Braziliyada yarımfinala yüksəldi

Braziliyanın "Palma Futsal" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela ölkə çempionatında yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, komanda buna "El Pozo Mursiya"nı 3:2 hesabı ilə məğlub etməklə nail olub. 

Qalib klubun qollarından birini məhz Rafael Vilela vurub. "El Pozo Muriya" finala gedən yolda "Movistar İnter"lə qarşılaşacaq. 

Digər xəbərlər