Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva yeni transfer olduğu Türkiyənin "Sanayispor" klubunda ilk vaxtlar çətinlik yaşayıb.
Bunu "Report"a açıqlamasında 23 yaşlı qapıçı özü bildirib.
O, çətinliyin səbəbini belə izah edib:
"Yeni klubuma gəldiyim zaman ilk məşqdə çox fərqli hisslər keçirdim. Çünki mənim üçün "Fatih Vətən" klubundan ayrılmaq çətin oldu. Orada komanda yoldaşlarıma çox uyğunlaşmışdım. Burada isə heç kimi tanımadığım üçün mənə ilk vaxtlar çətin idi. Ancaq "Sanayispor"un da bir çox baxımdan yaxşı klub olduğunu gördüm. Yeni komanda yoldaşlarım mehriban insanlardır. Bu səbəbdən uyğunlaşmaq o qədər də çətin olmadı".
Qeyd edək ki, Nərgiz Əliyeva son mövsümü Türkiyə Superliqasının digər təmsilçisi "Fatih Vətən"də keçirib.