Bakı. 3 oktyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına 21 futbolçu dəvət edilib.
Finlandiya ilə səfər qarşılaşması oktyabrın 7-də olacaq.
| ADI, SOYADI | KLUB |
| Rahil Məmmədov | Neftçi |
| Fəhmin Muradbəyli | Neftçi |
| Mahir Mədətov | Qarabağ |
| Şahrudin Maqomedaliyev | Qarabağ |
| Ehtiram Şahverdiyev | Qəbələ |
| Bəhlul Mustafazadə | Qəbələ |
| Sadiq Quliyev | Qəbələ |
| Vüqar Mustafayev | Zirə |
| Tural Hümbətov | AZAL |
| Kamal Mirzəyev | AZAL |
| Rəşad Əzizli | AZAL |
| Qvanzav Maqomedov | AZAL |
| Taşkın Sertan | İnter |
| Abbas Hüseynov | İnter |
| Orxan Əliyev | Kəpəz |
| Azər Salahlı | Sumqayıt |
| Tərlan Əhmədli | Sumqayıt |
| Yusif Nəbiyev | Sumqayıt |
| Elnur Cəfərov | NK Dugopolje (Xorvatiya) |
| Taşkın İlter | Denizlispor (Türkiyə) |
| Budaq Nəsirov | Sportinq (Portuqaliya) |