Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
"Report"un məlumatına görə, Latviya ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandanın heyətində hər iki qolu Sezar Conatan vurub.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.