Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
“Report” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstanla üz-üzə gəlib.
B Liqasının I qrupunun matçında heç-heçə qeydə alınıb - 1:1. Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Lakin qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb.
Qeyd edək ki, yığmamız II turda, aprelin 9-da Bakıda İsveçrəni qəbul edəcək.