Bakı. 12 fevral. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti başa çatan İlham Əzizzadəni Zeynal Zeynalov əvəzləyib.
Qeyd edək ki, Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib.