Azərbaycan milli komandası "Daşkənd Kubok"unda ikinci yeri tutub

Bakı. 4 dekabr. REPORT.AZ/ Özbəkistan paytaxtında təşkil olunmuş futzal üzrə Beynəlxalq "Daşkənd Kuboku-2014" turnirində Azərbaycan milli komandası ikinci yeri tutub. "Report"un məlumatına görə, Baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığma son oyunda meydan sahiblərini 6:3 hesabı ilə məğlub edib. 

Vitali Borisovun dubl etdiyi oyunda digər qolları Xətai Bağırov, Amadeu, Eduardo və Fineo vurub. 

Qeyd edək ki, 4 ölkənin qatıldığı turnirdə qalib adını Qazaxıstan millisi qazanıb. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52