Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

"Report" xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Kristian-Petru Çokirkaya həmyerliləri Maksimilian Vays və Mihael Obritsberqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər.

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Digər xəbərlər