Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin başlama saatı müəyyənləşib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun Gəncədə baş tutacaq.
"Kəpəz" Bakının "İnter" klubunu sınağa çəkəcək.
1/4 final mərhələsinə Bakıda keçiriləcək "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları
21 dekabr
13:00. "Kəpəz" - "İnter"
Gəncə. Gəncə şəhər stadionu
İlk oyun: 0:2
15:00. "Sumqayıt" - "Qarabağ"
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun: 0:6
16:00. AZAL - "Qəbələ"
Bakı. "AZAL Arena" (“CBC Sport”, canlı)
İlk oyun: 1:2
17:00. "Neftçi" - "Zirə"
Bakı. "Bakcell Arena"
İlk oyun: 3:0