Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı və stadionları müəyyənləşib.
"Report"un məlumatına görə, aprelin 5-də əvvəlcə "Qəbələ" və "İnter" komandaları üz-üzə gələcək. Görüş saat 16:30-da başlanacaq.
Saat 19:30-da isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti saat 19:30-da səslənəcək. Hər iki oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk görüşlərdə "Qəbələ" "İnter"i səfərdə 3:1, "Qarabağ" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib.