Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun iki oyunu keçirilib.
"Report"un məlumatına görə, görüşlər Gəncə və Bakıda baş tutub.
"Kəpəz" doğma azarkeşlər önündə "Qəbələ" ilə qarşılaşıb. Meydan sahibləri oyuna daha fəal başlayıblar. Nəticədə matçın 26-cı dəqiqəsində Julien Ebah komandasını hesabda önə çıxarıb. İlk hissə "sarı-göylər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissə də Şahin Diniyevin rəhbərlik etdiyi komandanın üstünlüyü ilə keçib. Əvvəlcə oyunun 57-ci dəqiqəsində Namiq Ələsgərov fərqlənib. 75-ci dəqiqədə isə Ebah dubl edib. Qarşılaşma "Kəpəz"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz" bu qələbədən sonra xal hesabını 29-a çatdırıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Aktivində 28 xal olan "Qəbələ" isə turnir cədvəlində 5-cidir.
Günün son oyunu isə paytaxtda keçirilib. "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə "ağ-qaralar"ın futbolçusu Ruslan Qurbanov adını tabloya yazdırıb - 1:0. Qarşılaşma bu hesabla da yekunlaşıb.
"Neftçi" XIX turdan sonra 27 xalla turnir cədvəlində 6-cı, "Sumqayıt" isə 18 xalla 8-ci pillədədir.
Qeyd edək ki, turun digər oyunları yanvarın 31-də keçiriləcək.
Azərbaycan çempionatında XIX turun iki oyunu keçirilib
Digər xəbərlər
FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib
20 oktyabr, 2026 / 13:35
Sabah - Borussiya: Azərbaycan təmsilçilərinin Almaniya klublarına qarşı 15 oyunda 1 qələbəsi var
20 oktyabr, 2026 / 12:56
Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb
20 oktyabr, 2026 / 12:35
Bernard Lippert: Sabahda özünəinam artıb, Borussiya isə ideal formasından uzaqdır
20 oktyabr, 2026 / 12:28
Mançester Yunayted və Liverpul Feliks Nmeçanı transfer etmək istəyir
20 oktyabr, 2026 / 11:14
Azərbaycan millisinin sabiq məşqçisi Bernard Lippert FIFA eksperti kimi Bakıya gəlir
20 oktyabr, 2026 / 10:56
Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib
20 oktyabr, 2026 / 10:28
Sabahın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq
20 oktyabr, 2026 / 09:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir
20 oktyabr, 2026 / 09:12
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
20 oktyabr, 2026 / 09:04
UEFA Çempionlar Liqası: Sabah bu gün Dortmund Borussiyası ilə üz-üzə gələcək
20 oktyabr, 2026 / 09:00
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
20 oktyabr, 2026 / 03:22
Ronaldu bir aylıq diskvalifikasiya edilib və 255 avro cərimələnib
19 oktyabr, 2026 / 21:50
Bakı Olimpiya Stadionunda Sabahın Borussiya ilə oyunöncəsi açıq məşqi baş tutub
19 oktyabr, 2026 / 20:36
Sabahın futbolçusu Akim Zedadka: Borussiya ilə oyundan zövq almaq istəyirik
19 oktyabr, 2026 / 20:18
Sabahın baş məşqçisi Valdas Dambrauskas: Borussiya ilə oyunu səbirsizliklə gözləyirik
19 oktyabr, 2026 / 20:12
Daniel Svensson: Sabahla oyuna qələbə üçün çıxacağıq
19 oktyabr, 2026 / 19:37
Borussiyanın baş məşqçisi Niko Kovaç: Sabahı yaxşı təhlil etmişik
19 oktyabr, 2026 / 19:22
Borussiya Bakı Olimpiya Stadionunda Sabahla oyunöncəsi son məşqinə çıxıb
19 oktyabr, 2026 / 18:40
Milan Adrian Rabyonun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb
19 oktyabr, 2026 / 17:25