Ayxan Abbasov: Avrokuboklara vəsiqə qazanmaq uğrunda oynamaq üçün geniş heyət lazımdır

Avrokuboklara vəsiqə qazanmaq uğrunda oynamaq üçün geniş heyət lazımdır

"Report"un məlumatına görə, bu barədə "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında açıqlama verib.

Mütəxəssis "Zirə"ni 2:1 hesabı ilə üstələdikləri matçdan sonra fikirlərini bölüşüb:

"Məqsədimiz hər qarşılaşmada xal qazanmaqdır. Ötən il qışadək iki dövrədə 17 xal toplamışdıq. Bu il isə artıq 20 xala çatmışıq, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Avrokuboka vəsiqə qazanmaq uğrunda oynamaq üçün geniş heyət və büdcə lazımdır"

A. Abbasov sözügedən matçda azarkeşlərin onlara möhtəşəm dəstək verdiyini söyləyib:

"Fanatlara təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Vacib qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm".

Digər xəbərlər