UEFA Avropa Liqasının 1/4 final mərhələsinin daha üç oyunu keçirilib.
"Report" xəbər verir ki, Almaniyada "Frayburq" İspaniyanın "Selta" klubunu sınağa çəkib.
Portuqaliyanın "Portu" kollektivi İngiltərə təmsilçisi "Nottinqem Forest"lə heç-heçə edib. İtaliyada isə "Bolonya" İngiltərənin "Aston Villa" klubuna məğlub olub - 1:3.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
9 aprel
"Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə) 1:1
"Frayburq" (Almaniya) - "Selta" (İspaniya) 3:0
"Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə) 1:3
Qeyd edək ki, ötən gün Portuqaliyanın "Braqa" komandası evdə "Betis"lə (İspaniya) heç-heçə edib - 1:1.