​Avropa çempionatının kubok turu başlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının (AÇ) kubok turu başlayıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali mükafat ilk olaraq bu gün AÇ-nin milli dəstəkçilərindən olan "Coca-Cola" şirkətində ictimaiyyətə təqdim edilib.

Şirkətin baş ofisində keçirilən təqdimat mərasimində Avropa çempionatının Yerli Təşkilat Komitəsinin üzvləri və "Coca-Cola"nın əməkdaşları iştirak ediblər. Onlar kubok ilə şəkil çəkdirmək imkanı qazanıblar.

Digər xəbərlər

Qarabağ 6 000 manat cərimələnib 28 oktyabr, 2026 / 16:20