Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü başa çatıb.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matç heç-heçə yekunlaşıb - 1:1.
24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Rumıniya qrup birincisi olub.
| 1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
| 2 | Belçika | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
| 3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
21:10
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda hesab bərabərdir - 1:1.
24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.
20:50
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda hesab bərabərdir - 1:1.
24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.
20:45
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda Rumıniya hesabı bərabərləşdirib.
37-ci dəqiqədə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirib.
20:25
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda Slovakiya hesabda önə çıxıb.
24-cü dəqiqədə Ondrey Duda fərqlənib.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü start götürüb.
"Report" xəbər verir ki, E qrupunun oyunu “Frankfurt Arena”da keçirilir.
Qarşılaşmanı almaniyalı baş hakim Daniel Siebert idarə edir.