AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB - 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.

"Report" xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

69-cu dəqiqədə Yan Karniçnik fərqlənib. 90+5-ci dəqiqədə isə Luka Yoviç yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

18:27

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, 69-cu dəqiqədə sloveniyalılar önə keçiblər.

Yan Karniçnik adını tabloya yazdırıb.

18:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Münxen şəhərindəki "Alyans Arena"da gerçəkləşən C qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

17:46

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Münxen şəhərindəki "Alyans Arena"da gerçəkləşən C qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü start götürüb.

"Report" xəbər verir ki, Münxen şəhərindəki "Alyans Arena"da başlayan C qrupunun oyununu rumıniyalı beynəlxalq dərəcəli hakim İştvan Kovaç idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Xəbər lenti

Talaçaydan sel keçir 14 may, 2025 / 09:52