AVRO-2016-da çıxış etmiş futbolçusu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına qoşulub

Lənkəran. 27 iyun. REPORT.AZ/ Albaniya millisinin heyətində Fransadakı Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. 

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi bu gündən Ağdam komandasının məşqlərində iştirak edəcək.

Aqolli AVRO-2016-da 3 oyunda meydana çıxıb və 2-də kapitan sarğısını daşıyıb. Albaniya A qrupunda 3 xalla 3-cü yeri tutsa da, 1/8 finala yüksələ bilməyib. 

Qeyd edək ki, Ansi Aqolli Azərbaycan çempionatları tarixində Avropa çempionatı kimi mötəbər turnirdə iştirak edən ilk futbolçudur. 

Digər xəbərlər