"Atletiko" qapıçısı ilə müqavilə müddətini uzadıb

İspaniya "Atletiko"su qapıçısı Yan Oblakla müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə yeni müqavilə 2023-cü ilədək nəzərdə tutulub. Sloveniyalı oyunçunun klubu ilə əvvəlki sözləşməsi 2021-ci ilə qədər idi.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir. O, cari mövsüm La Liqada 32 oyunda meydanda olub və 18 qarşılaşmada komandanın qapısını toxunulmaz saxlayıb. 

Digər xəbərlər