"Atletik" Ernesto Valverdeni əvəz edəcək baş məşqçinin adını açıqlayıb

Almaniyanın "Borussiya" (Dortmund) klubunun sabiq baş məşqçisi Edin Terziç İspaniyanın "Atletik" kollektivini çalışdıracaq.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl klubun mətbuat xidməti hazırkı mütəxəssis Ernesto Valverdenin cari mövsümün sonunda ayrılacağını açıqlamışdı.

Edin Terziçin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək davam edəcək. O, Yupp Heynkesdən sonra "Atletik"in tarixində ikinci almaniyalı məşqçi olacaq.

Terziçin 43 yaşı var. O, iki dəfə - 2020-ci ildən 2021-ci ilə qədər və 2022-ci ildən 2024-cü ilə qədər "Borussiya"da çalışıb. Onun rəhbərliyi altında komanda Almaniya Kubokunu (2021) qazanıb və Çempionlar Liqasının finalına (2024) yüksəlib.

Digər xəbərlər