"Astana" baş məşqçisini istefaya göndərdi

Qazaxıstanın "Astana" komandası baş məşqçsii Mixal Bileklə yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı çexiyalı mütəxəssis vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılb. 

2020-ci ilin əvvəlində baş məşqçi təyin olunan Bilekin müqaviləsi ləğv edilib. O, hazırda Qazaxıstan millisinin də baş məşqçisidir. 

Qeyd edək ki, "Astana" avqustun 18-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun "Dinamo" (Brest) komandasına 3:6 hesabı ilə uduzub. 

Digər xəbərlər