Bakı. 24 yanvar. REPORT.AZ/ Əbu-Dabinin (BƏƏ) "Məhəmməd Bin Zayed" stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.
“Report” xəbər verir ki, görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.
İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.
Asiya Kuboku. 1/4 final
Çin – İran - 0:3
Qollar: 0:1 – Taremi – 18, 0:2 – Azmun – 31, 0:3 – Ansarifard – 90+1