"Arsenal" "Real Madrid"in futbolçusunu icarəyə götürdü

Norveç millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Martin Edeqor "Arsenal"a keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi London təmsilçisində icarə əsasında çıxış edəcək.

Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb. Futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Martin Edeqor ötən mövsümü icarə əsasında İspaniyanın "Real Sosyedad" klubunda keçirib.

Digər xəbərlər