“Arsenal”ın heyətinə qatmaq istədiyi hücumçunun adı bəlli olub

İngiltərə təmsilçisi “Arsenal”ın cari mövsümün sonunda heyətinə qatmaq istədiyi hücumçunun adı bəlli olub.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "topçular" Almaniya Bundesliqası təmsilçisi "Leyptsiq"in futbolçusu Benyamin Şeşkonu diqqət mərkəzində saxlayıb.

Londonlular 21 yaşlı oyunçunu sıralarına cəlb etməklə hücum xəttindəki problmləri aradan qaldırmağı planlaşdırır.

“Transfermarkt” portalı forvardı 65 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, B.Şeşko cari mövsüm "Leyptsiq"in heyətində bütün turnirlərdə 40 oyun keçirib və 19 qol vurub.

Xəbər lenti