İngiltərənin "Arsenal" klubu futbolçusu Bukayo Saka ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
"Report" BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, ötən ilin dekabrında zədələndiyi üçün əməliyyat olunub. Saka cari mövsüm bütün turnirlərdə 24 matça çıxıb, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.