"Arsenal"dan ayrılan futbolçu karyerasını Braziliyada davam etdirəcək

İngiltərənin "Arsenal" klubundan ayrılan braziliyalı futbolçu David Luis karyerasını ölkəsində davam etdirəcək.

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi "Flamenqo" ilə anlaşıb.

O, 2022-ci ilin sonunadək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub.

Digər xəbərlər