“Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

Klubdan “Report”a verilən məlumata görə, komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Buna səbəb Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləridir.

Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.

Digər xəbərlər