“Barselona” İspaniya çempionatının 12-ci turunda “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, görüş San-Sebastyanda baş tutub.
Qolu dördüncü uzatma dəqiqəsində Ronald Arauxo vurub.
"Barselona" səfərdə "Real Sosyedad"ı ardıcıl 4-cü dəfə məğlub edərək, klubun rekordunu təkrarlayıb. Kataloniya təmsilçisi turnir cədvəlində 27 xalla üçüncü pilləyə yüksəlib, “Real Sosyedad” isə 19 xalla altıncıdır.