Kiprdə APOEL və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I raundunun ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, Nikosiyadakı matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Furkat Atacanova Denis Labaşyov və Sergey Kalaçyov kömək göstərəcək. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.
Oktyabrın 2-də keçiriləcək APOEL - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Cavab oyunu oktyabrın 24-də Qəbələdə olacaq.
Qeyd edək ki, 33 yaşlı Furkat Atacanov indiyə qədər 11 beynəlxalq görüş (ikisi UEFA Gənclər Liqasında) idarə edib. Bu görüşlərdə 49 sarı, 4 qırmızı vərəqə göstərən referi 2 dəfə də penalti təyin edib. Onun yolu heç vaxt Azərbaycan klubları və milli komandaları ilə kəsişməyib.