Türkiyənin “Ankaragücü” klubu azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti bildirib.
“U-19 komandamızda nümayiş etdirdikləri uğurlu performanslarla önə çıxan gənc futbolçularımız Həsən Nəzərov və Berat Dolu klubumuzla peşəkar müqavilə imzalayıblar”, – klubun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Türkiyə 1-ci liqasında uğursuz çıxışı ilə yadda qalan “Ankaragücü” növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.