Almaniya tarixində ilk dəfə olaraq Konfederasiyalar Kubokunun qalibi olub - VİDEO

Bakı. 2 iyul. REPORT.AZ/ Almaniya millisi Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kubokunun ilk dəfə qalibi olub.

"Report" xəbər verir ki, dünya çempionları finalda Çilini məğlub ediblər.

Görüş almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Ştindl vurub.

Konfederasiyalar Kuboku. Final

Çili – Almaniya - 0:1

0:1 – Ştindl – 20

Digər xəbərlər