Afrika Millətlər Kuboku: Seneqal yarımfinala yüksəlib

Seneqal yığma komandası Afrika Millətlər Kubokunun yarımfinalına çıxıb.

“Report” xəbər verir ki, 1/4 final matçında Seneqal Ekvatorial Qvineya millisinə 3:1 hesabı ilə qalib gəlib.

Seneqal finala çıxmaq üçün Burkina Faso ilə mübarizə aparacaq. Görüş fevralın 2-də baş tutacaq.

Digər xəbərlər