AFFA yığma komandaların baş məşqçiləri ilə müqaviləni yenilədi

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.

Bu barədə "Report"a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, Aqil Nəbiyev U-16, Miloş Velebit U-17, Elxan Abdullayev U-18, Samir Əliyev U-19, Milan Obradoviç isə U-21 komandasındakı işlərini davam etdirəcəklər. Müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək.

Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin az öncə başa çatan iclasında qəbul olunub.

Digər xəbərlər