AFFA İran Pro-liqasında ilk dəfə çempion olan Təbrizin "Traktor" komandasını təbrik edib.
"Report" xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, "Traktor" XXVIII turda “Şəms Azər” komandasına 4:0 hesabı ilə qalib gələrək qızıl medalları özü üçün təmin edib.
Xallarının sayını 64-ə çatdıran "qızıl qurdlar"ın sona 2 tur qalmış çempion olacağı dəqiqləşib.