AFFA rəsmisi Yunanıstan millisinin matçına təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

"Report"un məlumatına görə, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasında Moldova – Yunanıstan matçında hakim-inspektor olacaq.

Qarşılaşma noyabrın 15-də Kişineu şəhərindəki “Zimbru” stadionunda keçiriləcək.

Digər xəbərlər