AFFA rəsmisi "Mançester Yunayted"in oyununa təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

"Report" xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turunun “Leyptsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) matçının hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 9-da Leyptsiq şəhərində keçiriləcək.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31