AFFA rəsmisi "Bazel"in oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, avstriyalı mütəxəssis İsveçrədə "Bazel" və Macarıstanın "Uypeşt" klubları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 12-də “Sankt-Yakob Park” stadionunda oynanılacaq.

Digər xəbərlər