Bakı. 17 noyabr. REPORT.AZ/ AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın rəsmisi Gənclər Liqasının qrup mərhələsində “Maribor” (Sloveniya) – “Sevilya” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq. Matç dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - "Benfika" (Portuqaliya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək. Oyun noyabrın 22-də Moskva şəhərindəki ÇSKA Arenada olacaq.