​AFFA rəhbərliyi UEFA-nın konqresində iştirak edəcək

Bakı. 24 mart. REPORT.AZ/ Bu gün UEFA-nın XXXIX növbəti Konqresi keçiriləcək. "Report"un məlumatına məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.

Konqresin Gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdir.

Qeyd edək ki, konqress Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52