AFFA rəhbərliyi bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Konfransa AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaqlar.