AFFA-nın komitə sədri Millətlər Liqasının oyununa təyinat alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Millətlər Liqası turnirinin B liqasının 1-ci qrupunda Ukrayna – Çexiya oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç oktyabrın 16-da Xarkov şəhərində keçiriləcək.

Digər xəbərlər