AFFA-nın baş katibi: "Bəzi stadionların ot örtükləri bərbad vəziyyətdədir"

"Bəzi stadionların ot örtükləri bərbad vəziyyətdədir, ürəkaçan deyil".

Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, toplantıda bu məsələ ilə yanaşı, arenalarda infrastruktur işlərinin aparılması ilə bağlı qərarın qəbul olunduğunu bildirib: "Stadionlarda oturacaqlarla bağlı da ciddi problemlər var. Arenalarda hansı işlərin görüləcəyini detallı şəkildə rəsmi saytımız vasitəsi ilə açıqlayacağıq".

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52